"Məni çox qalmaqallı müğənni kimi tanıyırdılar. Amma artıq buna son qoymuşam. Vasif sənətdən getsə də adı anılacaq"

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Vasif Məhərrəmli "10-dan sonra" verilişində deyib.

Sənətçi muğam ifaçılarının özlərini şou-biznesə aid etməməsinə əsəbiləşib:

"Xanəndə də, müğənni də eynidir. Hər ikisi toya gedir, qonorarını alır, səsini satır. Xanəndələr də şou-biznesdədir. Əgər sən məclisə pul qarşılığında gedirsənsə, demək bizneslə məşğulsan. Muğam ifaçıları ilə qalmaqal yaşamaq fikrində deyiləm, amma bu gerçəkdi. Meydanda qalmaq istəyirsənsə, sənət, səs göstərməlisən. Klipsiz səhnəyə çıxsan, min nəfərdən biri olacaqsan. Üç gün efirə çıxmasan unudulacaqsan.