Fransanın paytaxtı Parisdə atışma nəticəsində bir polis əməkdaşı ölüb, onun həmkarı isə yaralanıb.

Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, insident cümə günü axşam, Yelisey çölləri ərazisində baş verib.

Atəş açan şəxs zərərsizləşdirilib.

Polis Departamentinin "Twitter" səhifəsində bildirilir ki, həmin ərazidə əməliyyat aparılır. Əraziyə vertolyot cəlb olunub.

Polis əhalini hadisə yerindən uzaq durmağa çağırıb.