Türkiyənin Şırnak əyalətinin Uludərə rayonunda terrorçu PKK qruplaşmasına qarşı keçirilən anti-terror əməliyyatı zamanı iki hərbçi şəhid olub, daha ikisi isə yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında atışmalar davam edir. 

Terrorçulara qarşı irimiqyaslı əməliyyatlara başlamaq üçün bölgəyə əlavə qüvvələr göndərilib.