Ölən adama toxunduqda qüsl almaq vacib deyil, amma bəyənilən haldır. Bu da adi qüsl kimidir. Yorğan-döşəyi qüsl etmək anlayışı yoxdur, istəsəniz onları yuya bilərsiniz.

Qüslü vacib edən hallar

1. Yuxuda və ya oyaq halda məninin (spermanın) ifraz olunması: Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: "Məni ifraz olduqda qüsl alınmalıdır[1]"[2]. Ummu Sələmə (A.R.O.), Ummu Suleymin Peyğəmbərə (S.A.V.) belə dediyini rəvayət edir: Ey Allahın elçisi, Allah, haqqı axtarana utanmağı əmr etmir. Qadın, pollyusiya[3] halında qüsl almalıdırmı? Peyğəmbər dedi: "Bəli. Əgər mənini (spermanın əsər-əlamətini) görübsə qüsl etməlidir"[4].

Unikal.org zikr.az-a istinadən bildirir ki, ayıq olan müddətdə məninin (spermanın) şəhvətlə çıxması şərtdir. Yuxuda isə bu şərt deyil. Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: "Mənini təzyiqlə ifraz etmisənsə qüsl et. Əks halda isə qüsl etmə"[5].

Şovkani deyir[6]: Hədisdəki "الحذف" sözünün mənası, təzyiq deməkdir. Məninin təzyiqlə çıxması isə yalnız şəhvətlə mümkündür. Ona görə kitabın müəllifi[7] demişdir: "Hədisdə işarə olunur ki, şəhvətsiz, yəni, xəstəlik, soyuqdəymə kimi səbəblərdən, çıxan məniyə görə qüsl almaq vacib deyil".

Kim pollyusiya olub, oyandıqda məninin əsər-əlamətini görməyibsə ona qüsl vacib deyil. Əgər oyanandan sonra məninin əsər-əlamətini görərsə, amma pollyusiya olduğu yadına gəlməsə o zaman qüsl alması vacibdir. Aişə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) belə bir sual ilə soruşuldu: Əgər bir nəfər yuxudan oyandıqdan sonra paltarında nəmlik hiss edir, amma pollyusiya olduğu yadına gəlmirsə nə etməlidir? Peyğəmbər (S.A.V.) dedi: "Qüsl etməlidir". Sualın davamında deyilir: Əgər bir nəfər yuxuda pollyusiya olduğunu xatırlayır, amma oyandıqdan sonra paltarında nəmlik hiss etmirsə, nə etməlidir? Peyğəmbər (S.A.V.) dedi: "Ona, qüsl almaq lazım deyil"[8].

2. Məni ifraz olmayan cinsi yaxınlıq: Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Əgər qadının dörd əzası qarşısında oturub yaxınlığa cəhd edərsə, məni ifraz olunmasa da artıq qüsl vacib olur"[9].

3. İslamı qəbul edən kafir: Qeys ibn Asim (A.R.O.) deyir ki, "o, İslamı qəbul etdikdə Peyğəmbər (S.A.V.) onun su və sidrlə qüsl almasını əmr etdi"[10].
4. Heyz (aybaşı) və nifasın (doğuşdan sonra qanaxmanın) bitməsi: Aişə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) Fatimə bint Əbu Hubeyşə belə demişdir: "Heyz başladıqda namazı tərk et. Qurtardıqdan sonra qüsl al və namazını qıl"[11]. Alimlərin icmasına (yekdil rəyinə) əsasən, nifas (doğuş qanı), heyz (aybaşı) ilə eyni hökmdədir.

[1] Hədisin ərəbcəsində belə deyilir: "إِنَّمَا الْمَاءُ مِنْ الْمَاءِ". Onun hərfi tərcüməsi isə belədir: "Su, suya görədir". Mətndə isə biz hədisi mənasına görə tərcümə etmişik. Hədisdə ilk deyilən su, qüsl alınan su, ikinci su isə mənidir (spermadır). Yəni, məni ifraz olunduqda qüsl almaq lazımdır. (tərc.)

[2] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: â„–151. Müslim: 1/ 269/ â„–343. Əbu Davud: 1/ 366/ â„–214.

[3] Yuxuda şəhvət hissi keçirərək məni ifraz etmək.

[4] Buxari: 1/ 227/ â„–130. Müslim: 1/ 251/ â„–313. Tirmizi: 1/ 80/ â„–122.

[5] Hədisin sənədi Həsən Səhihdir. əl-İrva: 1/ â„–162. Əhməd: 1/ 247/ â„–82.

[6] Neylul Əvtar: 1/ 275.

[7] Şovkani müəllif dedikdə, Məcd İbn Teymiyyəni nəzərdə tutur. Bu alim, məşhur İbn Teymiyyə deyil, başqasıdır.

[8] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 216. Tirmizi: 1/ 74/ â„–113. Əbu Davud: 1/ 339/ â„–233.

[9] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: 152. Müslim: 1/ 271/ â„– 348.

[10] Hədis səhihdir. əl-İrva: 128. Nəsai: 1/ â„–109. Tirmizi: 2/ 58/ â„–602. Əbu Davud: 2/ 19/ â„–351.

[11] Buxari: 1/ 420/ â„–320. Müslim: 1/ 262/ â„–333. Əbu Davud: 1/ 466/ â„–279. Tirmizi: 1/ 82/ â„–125. Nəsai: 1/ â„–186. Buxaridən başqa hamısının rəvayətində, "üzərində olan qanı yu..." - sözləri keçir.