Məlahətli səsi və peşəkar ifası ilə sosial şəbəkələrdə məşhurlaşan, çoban olduğu bildirilən gənc Pərvin Səfərovla bağlı məlumat vermişdik.

P.Səfərov Unikal.org-a müsahibəsində Azərbaycan Milli Konservatoriyasından ona zəng edildiyini və onunla maraqlandıqlarını bildirmisdi.

Məsələ ilə bağlı Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi ilə əlaqə saxladıq. O, Unikal.org-a açıqlamsında bildirib ki, hazırda Azərbaycanda deyil: "Bu dəqiqə xaricdəyəm. Pərvin Səfərovla maraqlanmışam. Bir həftəyə Azərbaycanda olacağam. Qayıdandan həmin gənclə görüşüb söhbət edəcəyik və bundan sonra onun təhsili ilə bağlı qərar veriləcək".

Həsən Babayev