Xızı rayonunda narkotik alverçisi ilə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Xızı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əlaqədar Giləzi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əfsər Əsgərovun evinə baxış zamanı 0,235 qram heroin, 22,76 qram marixuana, lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı tüfəng və 25 ədəd patron aşkar edilərək götürülüb.