Oğuzda ailə təhlükə ilə üz-üzədir.

Unikal.org-un ARB TV-yə istinadən məlumatına görə, rayonun Padar kənd Sakini Cəmşid Ələsgərovun ailəsi illərdir ilanlarla birgə yaşayır.

O, deyir ki, bir neçə ilə əvvəl evində iklana rast gəlib və sonradan ilanların sayının artdığının şahidi olub. Bundan canlarını qurtarmağa çalışsalar da heç bir faydası olmayıb .

Məsələ ilə bağlı dəfələrlə kənd bələdiyyəsinə müraciət edən kənd sakini hələlik heş bir nəticə əldə edə bilməyib.