Xəbər verdiyimiz kimi, dünən Bakıda IV İslam Oyunlarının açılış mərasimi keçirilib. Sərnişinlərin rahat gediş-gəlişi üçün "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görüb. Olimpiya miqyaslı bu tədbirin ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, tədbirlər planında sərnişinlərin metropolitendən tam rahat və təhlükəsiz istifadəsi ilə yanaşı, bir sıra başqa əhəmiyyətli yeniliklər də nəzərə alınıb.

Unikal.org xəbər verir ki, "Bakı Metropoliteni" QSC artıq dünənki günlə bağlı maraqlı video çarx hazırlayıb.

Video sujetdə görünür ki, QSC sədri Zaur Hüseynov bütün stansiyaları birbaşa video görüntülər vasitəsi ilə izləyir.

Məqsəd, sərnişinlərin daşınma rahatlığının və təhlükəsizliyini təmin etməkdir.

Xatırladaq ki, Bakı Metropoliteni İslam Oyunları müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Metropoliten açılış mərasimində olduğu kimi bağlanış mərasimlərinin keçiriləcəyi günlər də gecə saat 2-yə, qalan günlər isə saat 1-ə qədər sərnişinləri mənzil başına çatdıracaq. Sərnişin axınından asılı olaraq, bu qrafik uzadıla da bilər.