İstanbulda gənc qadını zorlamış 17 yaşlı oğlan həbs edilib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, şəhərin Kadıköy məhəlləsində səyyar qəhvə satan gəncə yaxınlaşan 20 yaşlı qız bir fincan kofe içdikdən sonra satıcıdan tualetin yerini soruşub. S.A adlı həmin gənc qıza kömək edə biləcəyini və ona tualeti göstərəcəyini deyib. Lakin həmin şəxs tualetə çatan kimi qadına təcavüz edib. Gənc qadının səsinə yaxınlıqdan keçən insanlar gəlib, onu zorlayan oğlan isə qaçıb.

Polis ərazidəki təhlükəsizlik kameralarına baxıb və qadına qarşı cinsi zorakılıq etmiş şəxs tutulub.