Bu gün Bakının mərkəzində - Fəvvarələr meydanında türklər məşhur "Mehtər marşını oxuyaraq izdihamlı yürüş ediblər.

Unikal.org BakiPost.az-a istinadən xəbər verir ki, bu yürüş ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb və aksiyaya qoşulublar.

Türkiyənin İstiqlal bayramını qeyd edən yürüş iştirakçıları ilk dəfədir ki, Bakıda belə bir flaş-mob təşkil edirlər. Sosial şəbəkələrdə video görüntüləri yayılan yürüş türklər və azərbaycanlılar tərəfindən paylaşılıb.

 
Türklər bu marşı dünyanın bir çox ölkələrində oxuyaraq yürüşlər edirlər. Hətta Yaponiyada da bu yürüş keçirilib.