"ARB Ulduz"un"Şou məkan"verilişinə qonaq olan xalq artistiRafiq Hüseynov(Rəmiş)maraqlı açıqlamalar verib.

Unikal.org xəbər verir ki, xalq artisti, ilk olaraq, ruhunu qidalandırmaq üçün hər zaman canlı ifa ilə yaşadığını söyləydiyini bildirib:

"Allah məni də belə yaradıb ki, adım çəkilən kimi musiqi yada düşməlidir. Çünki musiqi insanlara ruhi qida verir. Biri var ki, bir nəfər bir insana 100 manat verə, biri də var ki bir mahnı ilə onu 100 min manatdan artıq sevindirə. Musiqi daha gözəldir. Gecə musiqili bir tədbirə dəvət olunmayanda, evdə - otağımda gitaranı kökləyib laylalardan, Zəmin-xarədən, Segahdan ifa edib özüm-özümə qulaq asıram. O, hamısından əladır".

O, daha sonra gitara çalan gənclər haqda bunları deyib:

"Heç bir sənətin pisi yoxdur. Əgər onu yaxşı ifa edənlər olsa, musiqi savadı olanlar olsa, bu, əladır. Bilib-bilmədən çalsa, bu heç kimə zövq verməz. Bir mahnıda kiməntiq olmayandan sonra, bir musiqidə adama toxunan nəsə olmayandan sonra kim qulaq asar həmin mahnıya? Yaxşı ifa edən hələ ki qarşıma çıxmayıb. Çıxsa, qulaq asıb tərif edəcəm. Sənəti olmayan bir nəfəri çıxarırlar göyün bir qatına. Belə olan halda mən niyə öz millətimin ifalarına sevinməyim. Həmin adamlar paxıldırlar. Belə insanlar çox davam edə bilmirlər, qırılıb qalırlar".

Rəmiş bəy başqa ölkələrdən bəh-bəhlə gətirilib yağ içində böyrək kimi saxlanan əcnəbi məşhurlara dəyər verməkdənsə, yerli sənətkarlara qiymət verilməsini daha üstün tutub:

"Bir də görürsən hansısa mahnıya möhtəşəm bir ifadır, deyirlər, amma həmin müğənnilər diski taxıb camaatı aldadırlar. Biletlər 100-500 dollara satılır. Həmin müğənniyə insanlar elə maqnitafonda da qulas asa bilərlər. Bu insanlar nə qədər yuxuda olacaqlar? Kimlərsə gəlib sizi aldadıb gedir, niyə aldanırsız? Təmiz musiqiyə, musiqiçilərə qulaq asın".

Həyat yoldaşı Güllü xanımı ömrünün ən böyük şansı hesab edən xalq artisti, onunla doğulduğunu səmimi etiraf edib:

"Məni dünyaya şanslı gətirən Güllüdür. Çünki Güllü olmasaydı, mən çoxdan torpağın altında olardım. Bunu deməmək günahdır. Bir neçə vaxt istədim ki, toylarda oyun havası çalım. Güllü dedi ki, sənin torpağın erməni tapdağı altındadır. O gündən oynaq havalar ifa etmirəm".

Sənətkarın ömür gün yoldaşı Güllü xanım onu duyğulandırıb kövrəldən səbəbdən, onların arasına girib cütlüyü ayırmaq istəyənlərdən danışıb:

"Rəmişin ən bahalı hədiyyəsi elə özüdür. Allah mənə ömürlük gözəl hədiyyə verib. Yaxşı ki, o vaxt bəzi adamlar bizi ayırmaq istəyiblər. Onlar bizi ayırmaq istədikcə, Rəmiş məni daha çox istəyib. Rəmişə baxanda kövrəlirəm. Yaş keçir. Ötən günlərim yadıma düşür. Elə bir şey yoxdur ki, mən onu ona bağışlamayım. Həyatda nə olubsa, hər şey onu halalı olsun. İnternatda, ögey ananın əlinin altında böyümüşəm. Çətinliklər çəksəm də, Rəmiş hamısını yuyub aparıb. Ürəyimdən nə keçibsə, Rəmiş mənə hamsını bəxş edib. Ona görə də canım da Rəmişə qurbandır".milli.az