"İcarə haqqında qanunun 18-ci (Əmlakın vətəndaşlar tərəfindən icarəsi) maddəsinə dəyişiklik təklif edilir.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, dəyişikliyə əsasən, icarəçilər qanunvericilikdə müəyyən olunmuş qaydada və miqdarda Dövlət Sosial Müdafiə Fonduna ayırdığı vəsaiti, layihə təsdiq olunduqdan sonra müəyyənləşəcək müvafiq icra hakimiyyəti orqanına ayıracaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 31-də müzakirəyə çıxarılacaq.