Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, əməkdar artist Naibə Allahverdiyevanın səhhətindən xəbər var. 

Unikal.org xəbər verir ki, o, bu haqda milli.az-a danışıb:

"Son illər yaşadığım əsəb və stresslər məni yaman günə qoydu. Elə bunun nəticəsidir ki, məni iki gündən bir xəstəxanaya yerləşdirirlər. Hazırda səhhətim normaldır və artıq dünən xəstəxanadan evə buraxılmışam.

Teatra da gedib tamaşalarımı oynayıram. Baxmayaraq ki, səhhətim o qədər də yaxşı deyil, amma tamaşaçılar qarşısına çıxanda mənə güc gəlir. Səhnədən ilham alaraq oynayıram. Bu günlərdə bir serialda da çəkildim, o da yarımçıq qaldı. Deyəsən, həyatda bəxtim gətirməyib".