Rusiyanın Tolyatti şəhərində "VAZ-2103 maşını 62 min dollara satılır.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, 1979-cu il istehsalı olan bu "Jiquli muzey eksponatıdır. Həmçinin şəxsi kolleksiyadan olduğu üçün cəmi 109 km sürülüb. Maşın 38 il xüsusi qarajda, daimi 18 dərəcə temperaturda saxlanılıb. Bütün original avadanlıqları üstündədir, heç bir dəyişiklik edilməyib.

Yaşıl rəngli "VAZ-2103 69 at gücündədir.

Qeyd edək ki, 62 min dollara təzə "Porsche Macan, "BMW və ya "İnfinity modelləri almaq olar.