Sumqayıtın Corat qəbiristanlığında qəbirlərdən biri yaxınlıqda çəkilən hasarın düz ortasında qalıb. Bu isə qəbirin yoxa çıxmasına səbəb olub. Əraziyə nəzarət edənlər isə bundan xəbərsiz olduğunu deyir.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, Corat qəbiristanlığındakı başdaşının kimə məxsus olduğu bilinsə də, qəbirin əsas hissəsi yoxa çıxıb. Başdaşı isə yanındakı qəbirin hasarına qarışıb.

Bu hal sakinləri də təəccübləndirib. Burada dəfn olunanların yaxınlarının xəbəri olmasa da, bir qəbirə hörmətsizlik olunub. Bu vəziyyəti sakinlər də qınayır. Qəbiristanlıq nəzarətçisi Məmmədəli Qafarov vəziyyətdən xəbərsiz olduğunu bildirir. Hasarın isə illər əvvəl çəkildiyini deyir. Buranı tez-tez ziyarətə gələnlər bildirir ki, yaxınları tərəfindən gec-gec ziyarət olunan bu cür qəbir daşları zamanla itib -batır.