28 May-Respublika günündə Azərbaycanın yollarında baş verən qəzalarda 5 nəfər ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ötən gün ölkədə 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 9 nəfər xəsarət alıb.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər tutulub.