Çinin "Beytszin klubunun və Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ ki, məlumat verilmir.

Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın "Tvente və "Roda, Belçikanın "Anderlext klubunda oynayıb. 2010-cu ildən İngiltərənin "Nyukasl klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib.

Kot-d'İvuar milli komandasının heyətində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.