Şri Lankanın Akuressa şəhər sakinləri uzunluğu 4.5 metrdən uzun olan timsahı yaxalayıb, onu qalın iplə bağladılar.

Bundan sonra isə timsah vəhşi təbiəti qoruma departamentinə təhvil verildi. Baş vermiş hadisənin videoyazısı xəbər portalı olan Hiru Neus xəbər portalının YouTube kanalında nümayiş etdirilir. İki gün ərzində videoroliki 24 min dəfə izləyiblər. Hiru News-un xəbərinə görə, vəhşi heyvanı yerli kənd sakini olan qadın fərq edib və bu barədə kənd sakinlərinə məlumat verib.

 Timsahın təhvil verildiyi departament əməkdaşları onu yenidən təbiətin qoynuna, amma kənd sakinlərindən mümkün qədər uzağa aparıblar.