Hüquq-mühafizə orqanlarının axtarışa verdiyi şəxs ölkədən çıxarkən yaxalanıb.

Unikal.org lent.az -a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verilmiş Alməmmədov Bəhram Rüstəm oğlu Qusar rayonundan Rusiyaya keçərkən sərhədçilər tərəfindən saxlanılıb.

Daha sonra o, polisə təhvil verilib və Bakıya gətirilib.



Araşdırma aparılır.