400 minlik toyu olan məmur qızı əri ilə olan MÜNASİBƏTLƏRİNDƏN DANIŞDI (VİDEO)

19 Iyun 2017 [11:06]


ARB telekanalında yayımlanan "Qadın klubu" verilişinin qonağı Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova olub.

Unikal.org xəbər verir ki, Şükürova həyat yoldaşının ona olan sevgisinən bəhs edib. Bildirib ki, sevgi hər zaman insana stimul verir.

"Qadın elə sevginin özüdür. Mənə görə sevgi qarşılıqlı hörmət, anlayış, xoş münasibət deməkdir. Mən bütün bunları öz həyat yoldaşımdan görürəm. Onu daha da çox sevirəm. İstəyərdim ki,bütün kişilər həyat yoldaşına onun kimi hörmət eləsin. Onun kimi anlayışlı olsunlar. Çünki qadın həmişə bu həyatda özünə hörmət, qayğı istəyir. Qadın bunları hiss etdikcə daha da yüksəlir, yaxşı yemək bişirir, yaxşı qulluq edir".

Qeyd edək ki, Oqtay adlı bəylə ailə quran Aysel Şükürovanın toyuna 400 min xərclənməsi haqqında gəzən xəbərlər mətbuatda geniş müzakirə olunub.









SON XƏBƏRLƏR davamı
2017-08-20
2017-08-19
2017-08-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (15.79%)
Xeyir (84.21%)


TƏQVİM