Göyçay rayonunda qətlə yetirilən şəxsin Ucar rayon sakini tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, iyunun 18-də rayonun Çərəkə kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət olunub.

Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub.

Qeyd edək ki, mətubatda Sadiq Musayevin arvadı Arzu Musayeva tərəfindən öldürülməsi barədə məlumat yayılıb.