Şəmkirdə elektrik cərəyanı qadını vuraraq öldürüb.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Həsənova Yeganə Fərhad qızı su çəninə elektrik nasosla su vurmaq istəyərkən cərəyan onu vurub. Qadın dərhal rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.