Əlcəzairdə bir atanıın Feysbukda "like yığmaq üçün ağlasığmaz hərəkət edib.

Unikal.org  BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs uşağını binanın 15-ci mərtəbəsindən aşağı sallayıb və çəkdiyi fotonu "1000 "like gəlməzsə atacam qeydi ilə Feysbukda paylaşıb.

Bundan hiddətlənən Feysbuk istifadəçiləri onu polisə şikayət ediblər.

Bazar günü tutulan həmin şəxs hakim qarşısına çıxarılıb. Uşağın həyatını təhlükəyə atan ataya 2 il həbs cəzası verilib.
Uşağın həyatını təhlükəyə qoyduğu üçün polis kişini həbs edib