Bu gün Yardımlı rayonu, Köryədi kəndində ümumi sahəsi 70 m2 olan kənd tibb məntəqəsinin dam örtüyü və tavanı 45 m2 sahədə yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.