Bu gün axşam saatlarında Bakı bulvarında dünya şöhrətli müğənni Meraya Kerri konsert proqramı ilə çıxış edəcək.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, Meraya Kerri artıq Bakıya yola düşdüyünü açıqlayıb.

O yola düşmə videosunu Instagram səhifəsində paylaşıb. Müğənni "Bakı, mən artıq yoldayam!" deyərək təyyarəyə minib.