İspaniyanın Əndəlüs vilayətində meşə yanğınları ilə əlaqədar 2 mindən çox insan təxliyə edilib.

Unikal.org xəbər verir ki, bu barədə "Cadena Ser radiostansiyası məlumat yayıb.

Dünən yerli vaxtla saat 21.30 radələrində qeydə alınan yanğın Donyan Milli Parkını əhatə edib. Yanğınla mübarizəyə 200 yanğınsöndürən və aviasiya cəlb edilib.

Yanğının səbəbi araşdırılır. Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.