Paytaxtın Suraxanı rayonunda Qaraçuxur qəsəbəsindəki uşaq parkı zibilliyi xatırladır.

Unikal.org xezerxeber-ə istinadən bildirir ki, qəsəbənin Əhməd Mehbalıyev küçəsində yerləşən park baxımsız vəziyyətə düşüb.

Hər axşam yüzlərlə insanın, xüsusilə azyaşlıların oynamaq üçün parka üz tutduğunu deyən uşaqlar buradakı natəmizlik ucbatından rahat hərəkət etməyin mümkünsüz olduğunu bildirirlər.

Çəkiliş qrupunun ərazidə olduğu vaxt artıq parkda təmizləmə işlərinə başlanmışdı. Əraziyə cavabdehlik daşıyan Mənzil-Kommunal Təsərrüfat Xidmətinin baş mühəndisi Elşad Abdullayev bildirdi ki, parkda vəziyyət həqiqətən də ürəkaçan deyildi və qısa zamanda təmizlik bərpa olunacaq. Ancaq park hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Buna görə hansısa yenidənqurma və bərpa işlərinin aparılmasına ancaq onlar qərar verə bilərlər.