Türkiyənin məşhur müğənnisi, rejisor Mahsun Kırmızıgül həyat yoldaşı Ece Binay və qızı Lavin ilə Bodrumda dincəlir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrumun məşhur çimərliklərindən uzaq duran cütlük, tətillərini yaxta ilə Ege və Aralıq dənizi sahillərində davam etdirəcəklər. 

Yaxtadadakı şəkillərdə qarını böyüdüyü, göbəkli halı ilə diqqət çəkən Mahsun Kırmızıgülün son halını görənlər "son filmi uğur qazanmadığı üçün çətinlikdən əzələləri də məhv olub" şəklində fikirlər səsləndirirlər.