Xalq artisti Faiq Ağayev bəzi həmkarlarını qalmaqal etməkdə günahlandırıb.

Unikal.org-un məlumatına görə, ifaçı "ATV maqazin onlarla verilişinə açıqlamasında bəzi həmkarlarının adını çəkmədən iradlarını bildirib: "İstəmirəm "efir meymunu olum. Bəziləri efir üçün ölürlər. Onlar "efir, yayım meymunu"durlar. Efirə ehtiyac olanda çıxırlar. Ya sənə veriləcək sual olmalıdır, ya da nəsə layihə etməlisən. Anam hər zaman deyir ki, çalış ev "şəp-şəpinə dönmə. Ev şəpitləri nimdaş olur, atmaq istəyirsən. Efirdə çox görünənlər də elədir. Ona görə də az-az görünməlisən. Bəzən də görürsən ki, bəzi həmkarlarım ad çəkərək qalmaqal edirlər. İkinci tərəf də o reklamı az olana cavab vermiş olur. Mən də kənardan baxıb öz-özümə deyirəm ki, axı niyə cavab verdin? Onlara cavab verməklə, öz səviyyənizə qaldırmış olursunuz.