2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən qaçmaq mümkün deyildi.

Unikal.org xəbər verir ki, bunu "Rustavi 2 televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. O, bununla bağlı bütün şübhələrinin Krımın anneksiyasından sonra yoxa çıxdığını bildirib:

"Krımda Ukrayna demək olar ki, heç nə etmədi. Onlar dedilər ki, provokasiyaya getməyək. Krım indi haradadır? Krımdan sonra Donbas oldu. Dünya liderlərinin Gürcüstan müharibəsinə diqqətini cəlb etməkdən ötrü maksimum səy sərf etdim. Mən 2008-in avqustunda ABŞ Prezidenti Corc Buş və Fransa Prezidenti Nikola Sarkozi ilə danışdım. Ruslar tanklarla üstümüzə gələndə mən telefonda onların üstünə qışqırdım. Amerika prezidentinə qışqırıb dedim ki, vətənim təhlükədədir. Eyni şeyi Sarkoziyə qarşı da etdim. Sarkozi məni bir neçə saat ərzində razı salmağa çalışdı ki, Gürcüstan kapitulyasiyaya imza atsın. Mən ona yox dedim.