Ekvadorda avtobusun aşaraq yanması nəticəsində azı 14 nəfər ölüb.

Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, paytaxt Kitodan La-Man şəhərinə yollanan avtobus naməlum səbəbdən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəzaya düşən avtobusda yanğın baş verib.

Polis qəzanın səbəblərini araşdırır.

Ölənlərin sayının artacağı istisna olunmur.