Xəbər verdiyimiz kimi, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasının ildönümü ilə bağlı paytaxt Ankarada kütləvi yürüş keçirilib. Yürüşə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və nəvələri də qatılıb. 
Unikal.org xəbər verir ki, Ərdoğan cütlükləri "15 İyul Şəhidlər Körpüsü" nə gedərkən yanında gedən kiçik uşaq diqqət çəkib. Qısa müddət sonra Ərdoğanın yanında nəvələri olduğu müəyyənləşib. Prezidentin əyninə türk bayrağı geyinən nəvələri Ahmet Akif və Mahinur Albayrak olublar.

Xatırlanacağı kimi, Ərdoğanla birlikdə gedən nəvələrindən Ahmed Akif 15 İyulda dövlət çevrilişi günü babasından Quran dərsi aldığı ortaya çıxmışdı.