"Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasının 1-ci il dönümü ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Mənsimov açıqlamada deyib ki, biz qardaş ölkənin iş adamları olaraq hər zaman qardaşlarımızın yanında olduq: "Bundan sonrada yanında olmağa davam edəcəyik".

DHA muxbirinin suallarını cavablayan Mənsimov fikirlərini belə ifadə edib: "Türkiyə iqtisadiyyatı sürətli böyür. Bunu çökdürmək istəyən xarici qüvvələr heç bir zaman məqsədlərinə çata bilməyəcəklər".

Mənsimov Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Türkiyə və Azərbaycanla bağlı fikirinidə xatırladıb: "Böyük insan, ümumilli lider Heyər Əliyevin iki qardaş ölkə haqqında çox gözəl ifadəsi var. Bir Millət, İki Dövlət. Həqiqətən iki ölkə arasındakı əlaqələri ifadə etmək üçün bundan qiymətli bir söz ola bilməz. Biz Oğuz boyundan gələn bir millətin iki dövlətiyik ".

Mənsimov belə davam edib:

"Heydər Əliyevin dövründə olduğu kimi, hazırda onun kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən Azərbaycanda da olduqca sürətli bir inkişafında şahidi oluruq. İki ölkə arasında daha da isti münasibətlərin şahidi oluruq.

Prezident Rəcəb Tayyib Ərdoğanın da son 15 ildə Türkiyə iqtisadiyyatına haradan-haralara gətirdiyini görürük. Artıq iqtisadiyyat mənasında Türkiyə Dünya arenasında çox qüvvətli bir yerdə.

Bir sözlə Azərbaycan və Türkiyənin hazırkı liderləri ciddi mənada ölkələrimizi irəliyə aparmağı bacarıb. Çox möhkəm təməllər üzərində qurulan dövlətlərimiz var. Bu gün Azərbaycan işğal olunmuş Dağlıq Qarabaq torpaqğlarını ermənilərin əlindən xilas etmək gücünə malik bir dövlətdir. Vaxtı gələndə, Azərbaycan işğal olunan torpaqlarını geri qaytaracaq".

Mənsimov iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın qətlindən də danışıb:

"Qorxunc şəkildə qətl edilən iki yaşındakı Zəhraya görə dünya hələdə səssiz qalıb. Erməni caniləri tərəfindən bu cür qırğınların törədilməsi əslində normal bir haldır. Ermənistan caniləri 25 il əvvəl Xocalı qəsəbəsində bu cür qırğını reallaşdırdı. 26 Fevral 1992-ci ildə, 106-sı qadın, 70-i yaşlı, 63-ü uşaq olmaqla üzrə ümumi 613 Azərbaycan vətəndaşı qətlə yetirildi. Xocalı Faciəsindən 25 il keçməsinə baxmayaraq ancaq hadisənin caniləri hələ cəzalandırılmayıb".