"Sənin kimi geydirmə generallar, o birilərin adına ləkədir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə nahar fasiləsindən sonra davam edib.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda zərərçəkən Maqsud İbrahimovun epizodu üzrə dinləmələr keçirilib.

Təqsirləndirilən polkovnik Azər Mehdiyev şahidləri yalan danışdığını bildirib.

Bu zaman zərərçəkən Maqsud Mahmudov yerindən replika ilə çıxış edərək Azər Mehdiyev və general Elçin Quliyevə etiraz edib: "İndi belə çıxır ki, hamı yalan danışır, bir bu şəxslər düz deyir.

Təqsirləndirilən Elçin Quliyev isə bildirib ki, Ayaz Gərayzadə və digərləri yalan danışıblar. Buna Maqsud Mahmudov növbəti dəfə etiraz edib: "Elçin Quliyev kimi geydirmə generallar şərəfli generalların adına ləkədir.

Bu zaman hakim zərərçəkmişə xəbərdarlıq edib və zaldan çıxardıb.

Daha sonra prosesdə Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin dalqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə ittiham olunaraq məhkum olunmuş Tərlan Hüseynovun işi üzrə dinləmə olub.

Proses iyulun 21-də davam edəcək.