Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusdan yerə yıxılıb.

Unikal.org report-a istinadn xəbər verir ki, 1988-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Akif qızı 195 saylı marşut xətti üzrə hərəkət edən avtobus sürücüsünə dayancaqda saxlamasını xahiş edib.

Qadın düşərkən avtobusun qəfil hərəkət etməsi nəticəsində F.Məmmədova avtobusun açıq qapısından yerə yıxılıb. O xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.