"Zirə" klubunda gözlənilməz ayrılıq baş verib.

Unikal.org xəbər verir ki, yarımmüdafiəçi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb.

Bildirilir ki, baş məşqçi Ayxan Abbasov bu barədə rəhbərliyə təqdimat ünvanlayıb. Nəticədə futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.

Qeyd edək ki, Rəşad Sadiqov "Zirə"yə bu yay "Qəbələ"dən keçib.