Bakıdan Oğuza gəzintiyə gedən müəllim yolda ölüb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bu gün Ağdam Rayon Təhsil Şöbəsinin Bakıda fəaliyyət göstərən 71 nömrəli məktəbin müəllim kollektivi Oğuz rayonuna gəzintiyə gedib. Onlar gəzintidən qayıdarkən məktəbin 59 yaşlı Qüvvət adlı hərbi rəhbəri yolda dünyasını dəyişib. Hadisə Qəbələ rayonu ərazisində baş verib.

Müəllimin həyatını itirməsinə səbəb ürək çatışmazlığı olub.