Ötən həftə Bakıda baş verən "Gelandewagen qəzası bu alman maşınına olan marağı birəbeş artırıb. Son günlər bir çox müzakirənin ana mövzusu "Gelandewagendir.

Unikal.org xəbər verir ki, lent.az bunu nəzərə alıb, Azərbaycanda bu maşından istifadə edən bir sıra məşhurların kimliyini araşdırıb.

Aparıcı İlhamə Bədəlova "AA seriyalı dövlət nömrə nişanı "Gelandewagen idarə edir. O, avtomobillə birgə çəkilmiş şəklini bu yaxınlarda sosial şəbəkədə paylaşmışdı.



Müğənni Şəbnəm Tovuzlu da bir neçə il "Gelandewagen markalı avtomobil idarə etsə də, sonradan satdığını etiraf edib. O bldirib ki, bu maşını ona həyat yoldaşı hədiyyə edibmiş.



Müğənni İlhamə Qasımova isə bir neçə ildir ki, "90EG999 nömrəli "Galenwagen idarə edir. İfaçı bildirib ki, bu maşını ona həyat yoldaşı bağışlayıb.



Mərhum müğənni Vidadi Bərdəlinin qızı, ifaçı Aytac Vidadıqızı da Gelandevagen markalı "90 VA 111 dövlət seriyalı maşın idarə edir. O, hazırda Türkiyədə yaşayır.



Məşhur dünya çempionumuz Zabit Səmədov da "Mercedes-Galendewagen-i idarə edən tanınmışlardandır.