Ağdaş rayonunda 18 yaşlı gənc bıçaqlanıb.

Unikal.org-un report.az-a məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki,1999-cu il təvəllüdlü, Yuxarı Ləki kənd sakini Aydın Qalib oğlu Qasımov mübahisə zəminindəhəmkəndlisi tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralıAğdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.