Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Kür çayının yaxınlığında qeydə alınıb. Orada qoyun otaran Əlimərdanlı kənd sakini 1976-cı il təvəllüdlü Pərviz Qasımov başqa bir şəxslə mübahisə zəminində döyülüb. Müxtəlif bədən xəsarətləri alan çoban xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.