Xəbər verdiyimiz kimi, iyulun 4-də Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Zəhra Quliyevanın atası Elnur Quliyev Unikal.org-a açıqlamasında bildirib ki, anasının və övladının məzar daşları qəbrin üzərinə qoyulub: "Məzarüstü abidənin hazırlanmasına Füzuli rayon İcra Hakimiyyəti tərəfindən 2400 manat xərc çəkilib." 

Qeyd edək ki, sabah azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək. 

FOTOLAR Unikal.org-a məxsusdur.