"Azəriqaz İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi Harun Vahabov vəfat edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  Harun Vahabov avqustun 12-də ürəktutmasından vəfat edib. 

Qeyd edək ki, hadisə H.Vahabov məzuniyyətdə olarkən baş verib.

Xatırladaq ki, 1964-cü ildə anadan olan H.Vahabov "Azəriqaz İB-də müxtəlif vəzifələrdə çalışıb.