Rusiyanın "qızıl səsi və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək.

Unikal.org-un məlumatına görə, konsertin təşkilatçıları AzərTac-a bildiriblər ki, musiqi gecəsi oktyabrın 15-də "Baku Crystall Hallda olacaq. Unikal, parlaq və möhtəşəm yubiley şousu "İqra adlanacaq.

Müğənninin istedadının pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektləri gözləyir. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri yanaşı, tamamilə yeni kompozisiyaları daxildir.

N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olacaq.