Yəməndə vəba epidemiyasına yoluxma hallarının sayı 500 minə çatıb.

Unikal.org-un "Radio BMT"yə istinadən verdiyi məlumata görə, Yəməndə hər gün 5 min insan vəba epidemiyasına yoluxur.

Məlumata əsasən, epidemiya ölkədə aprel ayının sonunda başlayıb və bir neçə ay ərzində 2 min insanın ölümünə səbəb olub.