Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil "KaMAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Onlardan biri - 1971-ci il təvəllüdlü Göyçay rayon sakin Qəfərov Şahbaz Şahbalı oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına, digər 2 yaralı isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.