Bakıda 17 yaşlı oğlan özünü asaraq intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Rayonun Biləcəri qəsəbəsinin sakini, 2000-ci il təvəllüdlü Oruclu Arzuman Xudayar oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.