"Mançester Siti yay "transfer pəncərəsi bağlanana qədər heyətinə daha bir yeni futbolçu qatmaq niyyətindədi. 

Unikal.org  xəbər verir ki, "şəhərlilər hücum xəttini gücləndirməyi planlaşdırırlar.

Baş məşqçi Xosep Qvardiola rəhbərliklə söhbətində "Arsenalın üzvü Aleksis Sançesi ixtiyarında görmək istədiyini bildirib. Qarşı tərəflə danışıqlara başlayan "Mançester Siti bu keçidin baş tutması üçün 60 milyon funt-sterlinq xərcləməyə hazırdı.

Transfer baş tutsa, 28 yaşlı hücumçu yeni komandasında həftəlik 400 min funt-sterlinq qazanacaq.
Qeyd edək ki, Aleksis Sançesin "Arsenalla müqaviləsinin müddəti 2018-ci ilin yayına kimidi.