Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub.

Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan  bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.