Neftaçala rayonunda 56 yaşlı kişi intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü, Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.