SON XƏBƏRLƏR
24 May 2018
23 May 2018
Azərbaycanda kişi intihar etdi, arvadını kənddən qovdular
HADİSƏ 22:36 / 18.08.2017
Qax rayonunda növbəti intihar hadisəsi qeydə alınıb. Ötən gecə Əmbərçay kənd sakini, 28 yaşlı Elman Elşad oğlu Camalovun meyiti yaşadı evin həyətyanı sahəsindəki yardımçı tikilidən tapılıb. O, tikilidən asılı vəziyyətdə aşkarlanıb.

Unikal.org-un məlumatına görə, kənd sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, mərhum ötən gecə Bakıdan kəndə gəlib. Xəbərsiz gəldiyinə görə, onunla həyat yoldaşı arasında münaqişə baş verib. Həyat yoldaşı ilə mübahisə edəndən sonra Camalov həyətə çıxıb və geri qayıtmayıb. Bir müddətdən sonra onu axtarmağa çıxan ailə üzvləri, həyətdəki yardımçı tikilidə onun cansız bədəni ilə rastlaşıblar.

Camalovun ailə üzvləri intihara təhrik etdiyinə görə, onun həyat yoldaşını kənddən qovublar. Mərhum bu gün günorta saatlarında dəfn olunub.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.